Səbail rayonunda dostlarının evinə qonaq gedən şəxslər oğurluq edib. Bu haqda 29 yanvar tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Səbail rayonunda yerləşən mənzildən oğurluq edən paytaxt sakinləri - İlkin Rəsulov, onun tanışları Nuranə Məmmədova və Elçin Ağayev tutulublar. Məlum olub ki, onlar İlkin Rəsulovun dostunun evinə qonaq gediblər. Bir neçə gün orada qalan qonaqlar, ev sahibi mənzildə olmayanda 8700 manat, 1600 dollar, 7000 manat dəyərində qızıl-zinət əşyaları və dəyəri 3000 manat olan 1 ədəd kürk oğurlayıblar.
Onlar törətdikləri hadisəni etiraf ediblər.