Bakıda məktəbdə valideyn şagirdi döyüb. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Hadisə Xətai rayonu, Əhmədli qəsəbəsi, 287 saylı məktəbdə qeydə alınıb. 6-cı sinifdə oxuyan T.M. və 7-ci sinifdə oxuyan Z.Q. arasında mübahisə yaranıb. Daha sonra sonuncunun anası məktəbə gələrək digər şagirdi döyüb.
“Uşaqların, müəllimlərin içərisində mənim oğlumun yaxasından tutub, divara çırpıb. Övladımı polisə salmaqla hədələyib. Deyib: “Mən blogerəm, sizi tutduraram”. Mən də getdim məktəbə. Qadına dedim ki, övladımın könlünü al, amma razılaşmadı. "Mən bloqerəm, nə istəyirsiniz edin. Sizi çəkib biabır edərəm", – dedi", – deyə döyülən şagirdin atası Seymur Musayev bildirib.
O, polisə müraciət etdiyini və hazırda araşdırma aparıldığını vurğulayıb.