Bakıda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda 3 dekabr tarixində Avtosfer xəbər verib.
Hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb. Şəhərin mərkəzi küçələrindən olan Neftçilər prospektində hərəkət edən “Bolt” şirkətinə məxsus taksi sürücüsü “Wolt”a məxsus motosikleti vurub.
Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb. Motosikletə ziyan dəyib.