Bakıda 3000 manatlıq boru oğurlayan şəxslər saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 17 mart tarixində xəbər verir.
2021-ci il dekabrın 25-dən cari il fevralın 24-dək olan müddətdə paytaxtın Nizami rayonunda bir avtomobildən akkumulyator, avtomobil qaldırıcısı və açar, Azərqaz İB-yə məxsus Qaz Tənzimləyici məntəqədən 3000 manat dəyərində metal boru və dayaqlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri C.Rüstəmov və A.Əliyev saxlanılıblar.
Hazırda istintaq tədbirləri davam edir.