Paytaxtın Yasamal rayonunda əcnəbi vətəndaşlar saxta əsginaslarla tutulublar. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
2 nəfər əcnəbi vətəndaş adıçəkilən rayon ərazisindəki bankların birinə 12 ədəd 50 dollarlıq əsginas vermək istəyiblər. Onlar polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı araşdırmaya başlanılıb.