Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nəsimi küçəsi, ev 32a ünvanında əfqan qaçqının meyiti tapılıb. Bu haqda bu gün, 17 fevral tarixində Lent.az məlumat verib.
Əfqanıstan Respublikasının vətəndaşı olan Gorban Masum Alı həmin ünvanda yerləşən fərdi yaşayış evində yaşayırdı. Verilən məlumata görə, o, uzun müddətdir ki, ürək çatışmazlığından əziyyət çəkirdi.
Qeyd edilir ki, mərhuma Birləşmiş Millətlər Təşkilatının Qaçqınların Ali Komissarlığı tərəfindən mandat qaçqın statusu verilmişdir.