Paytaxtın Nərimanov rayonunda dələduzluq edərək pul oğurlayan şəxs tutulub. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Firuddin Həsənov İnstagram sosial şəbəkəsində açıq profillərə baxaraq profil sahiblərinin tanışları ilə WhatsApp vasitəsilə əlaqə saxlayaraq özünü həmin profilin sahibi kimi təqdim edib. Daha sonra onlardan pul alaraq nömrəni bloka atırdı. O, adətən 055-460-50-04 və 070-827-50-50 mobil nömrələrini işlədirdi.
Onun əməllərindən zərər çəkən varsa, “102” Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.