Paytaxtın Qaradağ rayonunda motosiklet qəza törədib. Bu haqda bu gün, 31 dekabr tarixində Report məlumat yayıb.
22 yaşlı Musa Xankişiyevin idarə etdiyi ikitəkərli nəqliyyat vasitəsi hərəkətdə olan zaman avtomobillə toqquşub.
Ona xəstəxanada sağ bud sümüyünün sınığı diaqnozu qoyulub.
Təfərrüatlar araşdırılır.