Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində polis 21 yaşlı itkin qızı axtarır. Bu haqda bu gün, 23 may tarixində Lent.az məlumat verib.
İlkin məlumata görə, Sahibə Əliyeva evdən çıxaraq bir daha geri qayıtmayıb. Qızın yaxınları polisə müraciət edib.
Gənc xanımın tapılması istiqamətində axtarış işləri aparılır.