Bugün səhər saatlarında Bakıda daha bir yanğın hadisəsi qeydə alınıb. Hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ümumi sahəsi 300 kv.m olan üçmərtəbəli mansarda tipli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları, ev əşyaları 40 kv.m sahədə və mansardasının yanar konstruksiyaları 100 kv.m sahədə yanıb.
FHN əməkdaşları yanğını söndürüb, evin qalan hissəsi yanğından mühafizə olunub.