Bakıda yolu kəsən sürücü cərimələnib. Bu haqda bu gün, 17 fevral tarixində Avtosfer.az məlumat verib.
Nərimanov rayonunda parklanma qaydasını pozan 10-CZ-005 nömrəli “KİA” markalı avtomobilin sürücüsü Seyran İbrahimov məsuliyyətə cəlb olunub.
Sürücü Əhməd Rəcəbli küçəsində qaydalara uyğun olmayan parkinq etdiyinə görə qarşısında olan avtomobil oradan çıxa bilməyib. Yolu kəsən Seyran İbrahimov İnzibati Xətalar Məcəlləsinin “Dayanma və ya durma qaydalarını pozmağa görə” maddəsi ilə cərimə edilib.