Bakıda Dövlət Yol Polisinin əməkdaşı motosikletlə qəzaya düşüb. Bu haqda sosial şəbəkələrdə videogörüntü yayılıb.
Paytaxtın Neftçilər prospektində motosikletlə xidmət aparan DYP əməkdaşı sol zolaqdan sağ zolağa keçən avtomobili görməyib və sürətlə ona çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
[video width="720" height="720" mp4="https://bakuplus.az/storage/photos/2022/06/vidos.mp4"][/video]