Bakıda evində yıxılan kişi xəstəxanada ölüb. Bu haqda BakuPlus.az Qafqazinfo.az-a istinadən xəbər verir.
Bir neçə gün öncə 57 yaşlı Qaçay Əliyev Səbail rayonunda yaşadığı evdə yıxılmışdır. Nəticədə onun çanaq sümüyü sınmışdır. Xəstəxanaya yerləşdirilən Əliyev ağ ciyərin tromboemboliyası səbəbindən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.