Paytaxtda ev qarət olunub. Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.
Adıçəkilən qəsəbə ərazisində evlərin birindən 650 manat, 150 manat dəyərində tütün məmulatının oğurlanması barədə polisə məlumat daxil olub.
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş T.Zalov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.