top
Bakıda fırıldaqçılar avtomobili saxta etibarnamə ilə satıblar
22 dekabr 2022, 07:20
- ↺ +

Bakıda fırıldaqçılar avtomobili saxta etibarnamə ilə satıblar

Bakıda dələduz avtomobil alverçiləri peyda olublar. Bu barədə Avtosfer.az zərərçəkmiş Yusub Məmmədova istinadən məlumat verib.

O, dekabrın 3-də elektron etibarnamə ilə 12.000 manat ödəyərək 77-EM-468 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobil aldığını iddia edir.

Lakin 2 gündən sonra etibarnamənin saxta olduğu məlum olub: “Maşını mənə satan Bayramov Şahid və Ağayev Anar dedilər ki, mülkiyyətçi yataq xəstəsi olduğu üçün notariusa gələ bilmir. Ona görə elektron etibarnamə verəcəyik. Bununla razılaşdım və 12.000 manatı verərək maşını aldım.

2 gündən sonra etibarnamənin mərkəzi informasiya sistemində görünmədiyi üçün notariusa yaxınlaşdım və araşdırmadan sonra məlum oldu ki, maşını satan şəxslər etibarnaməni saxtalaşdırıblar. Bundan sonra maşının mülkiyyətçisi olan Həsənəliyev İman İsgəndər oğlunu tapdım və onun yataq xəstəsi olmadığının, məni aldatdıqlarının şahidi oldum.

Həmin şəxs bildirir ki, maşını onlara günlük icarəyə verib. Məni aldadan Bayramov Şahid və Ağayev Anar adlı şəxslərdən pulumun geri qaytarılmasını tələb etdim. Onlar bildirdilər ki, maşının pulundan 3400 manat bizə çatıb. Yerdə qalan məbləği maşının satılmasını istəyən İmamverdiyev Cavad İmamverdi oğluna veriblər. Bu məsələdə maşının mülkiyyətçisi olan İman Həsənəliyevin də həmin şəxslərlə əlbir olmasından şübhələnirəm”, - deyə zərərçəkmiş Yusub Məmmədov bildirib.

O bildirib ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə və 20-ci Polis Bölməsinə ərizə ilə müraciət edib.

Zərərçəkmiş Daxili İşlər Nazirliyinin rəhbərliyindən dələduzların qısa bir zamanda tapılaraq məsuliyyətə cəlb edilməsini, həmçinin ondan alınan pulların qaytarılmasını xahiş edir.

Son xəbərlər

Xəbər
Bu gün, 12:07

Qapını döydülər, cavab gəlmədi - Xilasedicilər çağırıldı

Xəbər
Bu gün, 11:18

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Xəbər
Bu gün, 10:37

Zabratda 62 yaşlı kişinin meyiti tapıldı

Xəbər
Bu gün, 10:23

Bu gün xanəndə Səxavət Məmmədovun anım günüdür

Xəbər
Bu gün, 09:47

Prezident İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb

Xəbər
Bu gün, 09:36

Ələtdə avtomobil yandı

Xəbər
Bu gün, 00:01

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Xəbər
Dünən, 18:00

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanından keçib

Xəbər
Dünən, 17:38

"Məktəbdə fənn müəllimləri çatışmır, dərslər boş keçir" - ŞİKAYƏT

Xəbər
Dünən, 17:25

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü

Xəbər
Dünən, 16:34

Abid Şərifov səhhətindən danışdı: "Gəzə bilmirəm"

Xəbər
Dünən, 15:54

Xətainin heykəlindəki yazı ilə bağlı araşdırma aparılır

Xəbər
Dünən, 15:22

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Xəbər
Dünən, 14:39

Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI

Xəbər
Dünən, 13:38

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Dünən, 12:50

Bakı aeroportunda ƏMƏLİYYAT: əcnəbi 4 milyonluq brilyantla TUTULDU

Xəbər
Dünən, 11:50

Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi

Xəbər
Dünən, 11:18

Cavan Zeynallı: "Heç vaxt pulun arxasınca qaçmamışam"

Xəbər
Dünən, 10:52

Araq içib qadını söyən tiktoker SAXLANILDI

Xəbər
Dünən, 10:01

Məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT

Xəbər
Dünən, 09:34

Bakıda məmur arvadını televizor pultu ilə döydü

Xəbər
Dünən, 08:53

Cabir İmanovun vəfatından bir il ötür

Xəbər
28 sentyabr 2026, 18:00

Bakıda qızının nişanlısını öldürən ataya AĞIR CƏZA verildi

Xəbər
28 sentyabr 2026, 17:37

Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olundu

Xəbər
28 sentyabr 2026, 17:13

Bakıdan Naxçıvana reyslər təxirə salındı

Xəbər
28 sentyabr 2026, 16:15

Vüsal Şilderin qətlinə görə 10 min veribmiş...

Xəbər
28 sentyabr 2026, 15:25

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Xəbər
28 sentyabr 2026, 14:19

İntim münasibətdən sonra qadını pəncərədən atdı – Hoteldəki dəhşətli hadisənin təfərrüatı

Oxşar xəbərlər