Bakıda yanğın baş verib. Hadisə Səbail rayonunda qeydə alınıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ümumi sahəsi 40 kv.m olan birmərtəbəli evin 1 otağında yataq dəsti və taxta tullantıları 10 kv.m sahədə yanıb. Hadisə yerinə FHN-nin yanğından mühafizə bölmələri cəlb olunub.
Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.