Bakının Xətai rayonunun General Şıxlinski küçəsində ölümlə nəticələnən yol qəzası olub. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Avtomobili idarə edən 18 yaşlı Kənan Rzazadə "Hyundai Sonata" markalı avtomobillə yolu keçən 30 yaşlı Ruhiyyə Tanrıverdiyeva və 3 yaşlı Seymur Məmmədlini vurub.
Hər iki piyada xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi açılıb.