Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları xilasetmə əməliyyatı keçirib. Bu haqda FHN-nin mətbuat xidməti 24 iyun tarixində, axşam saatlarında məlumat verib.
Belə ki, azyaşlı uşaq 8 metrlik ağaca dırmaşaraq yerə enə bilməyib. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində uşaq xilas olunaraq valideynlərinə təhvil verilib.