Bakıda motosikletçi qəzaya uğrayıb. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 23 aprel tarixində xəbər verir.
Paytaxtın Xəzər rayonu, Bilgəh qəsəbəsində 20 yaşlı Taleh Əkbərov idarə etdiyi motosikletə nəzarəti itirərək yol kənarındakı çayxanının pəncərəsinə çırpılıb.
Sürücü müxtəlif sınıq xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb.
Araşdırmalar davam edir.