Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyət hadisəsi baş verib. Bu haqda 29 iyun tarixində Report məlumat verib.
Xəzər rayonunda yolu keçən 23 yaşlı Ülvi Abidinlini avtomobil vurub. Yaralı qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları ilə xəstəxanaya çatdırılıb. Oğlanın vəziyyəti ağır olduğundan, o, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.