27 yaşlı gənc oğlan Bakıda bıçaqlanıb. Hadisə Qaradağ rayonunda qeydə alınıb. Bu haqda Report 10 noyabr tarixində xəbər verib.
Sahil qəsəbəsində 27 yaşlı Elxan Məmmədov mübahisə zəminində bıçaqlanıb.
Xəstəxanaya çatdırılan yaralıya sol qasıq nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Yaralı əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.