Bakının Xəzər rayonu, Qala qəsəbəsində intihara cəhd hadisəsi qeydə alınıb. Bu haqda 12 yanvar tarixində Oxu.az məlumat verib.
Yerli sakin, 34 yaşlı Aysel Baxışəli yaşadığı evdə özünü öldürmək məqsədilə güclü təsiredici həblər qəbul edib.
Qadın dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağır kimi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.