Paytaxtın Yasamal rayonunda, Qış parkının yaxınlığında yerləşən gecə klubunda bıçaqlanma baş verib. Bu haqda bu gün, 10 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Klubda müştəri kimi olan 36 yaşlı Saina Əliyeva tanışı tərəfindən bıçaqlanıb. O, müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır.
Faktla bağlı araşdırmalara başlanılıb.