Bakının iki rayonunda bu gün, 13 iyun tarixində gecə saatlarında yanğın hadisələri qeydə alınıb. Bu haqda məlumatı Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti yayıb.
Sabunçu rayonunda 350 kv.m sahəsi olan restoranda havalandırma qurğusunda kömür filtri və yağ qalıqları yanıb.
Xəzər rayonu, Buzovna qəsəbəsində isə açıq ərazidə alışma qeydə alınıb.
Hər iki yanğın FHN əməkdaşları tərəfindən söndürülüb. Xəsarət alan olmayıb.