Bakının Xəzər rayonunda, Aeroport yolunda xəsarətlərlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 17 iyun tarixində Report məlumat verib.
İki avtomobilin toqquşması nəticəsində iki nəfər - 65 yaşlı Aqil Cavadov və 60 yaşlı Əmiraslan Saramanov müxtəlif xəsarətlərlə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisə araşdırılır.