Paytaxtın Yasamal rayonunda narkotik dövriyyəsinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 25 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakinləri V.Rüstəmovdan 78 qram marixuana və 12 ədəd metadon həbi, F.Cəfərovdan isə 112 qrama yaxın marixuana aşkar olunaraq götürülüb.