Bakı şəhərinin Nizami rayonunda yanğın hadisəsi baş verib. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən 23 fevral tarixində xəbər verir.
Ümumi sahəsi 4 kv.m olan ərzaq satışı köşkünün lambirin və taxtadan ibarət üzlüyü, içərisindəki mallar yanıb. Yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 4 kv.m olan digər köşkün lambirindən ibarət üzlüyü əriyib.
Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.
Köşkün qalan hissəsi yanğından mühafizə olunub.