Bakını Nizami rayonunda kütləvi dava nəticəsində bir nəfər xəsarət alıb. Bu haqda bu gün, 19 may tarixində Report məlumat verib.
B.Çobanzadə küçəsində bir neçə nəfərin davası zamanı 56 yaşlı Eldəniz Elman oğlu Abbasov ağır bədən xəsarətləri alıb.
Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.