Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsində ötən gün, 20 fevral tarixində bədbəxt hadisə baş verib. Bu haqda bu gün, fevralın 21-i Lent.az məlumat verib.
44 yaşlı qəsəbə sakini Səftər Dadaşovun üzərinə beton plitə düşüb. Kişi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.