Bakıda kişi keçmiş sevgilisini döydüyü üçün saxlanılıb. Bu haqda bu gün, 10 iyul tarixində Bakuplus.az Qaynarinfo-ya istinadən məlumat verir.
32 yaşlı Rauf Kərimov (şərti) əvvəllər münasibətdə olduğu qadını Nərimanov rayonu, Ağa Neymətulla küçəsində döyərək xəsarət yetirib. Bununla bağlı Kərimov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 300 manat məbləğində cərimə edilib.
Məhkəmədə o, qadını döyməsinə səbəb kimi onun evlənməsinə mane olmasını göstərib.
“İki dəfə nişanlanmağıma mane oldu. Hətta iyul ayının 5-də nişanım olmalı idi, lakin həmin xanıma görə baş tutmadı. Dəfələrlə onu polisə şikayət etmişəm. Onunla danışdığıma görə peşmanam”, – deyə kişi izah edib.