Bakının Sabunçu rayonunda kişi faciəvi şəkildə ölüb. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
Yerli sakin, 55 yaşlı İlqar Qocayev yaşadığı evdə yanıb. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, yanğına səbəb siqaret olub. Qocayevin əlindəki siqaretdən üstünə od düşüb və kişi yanıb.