Bakının Yeni Günəşli qəsəbəsində yerləşən aptekdə oğurluq qeydə alınıb. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, aptekdən 100 manat dəyərində uşaq yeməyi oğurlanıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 21 yaşlı İlkin Məmişov saxlanılıb.
Onun bu əməli övladının aç qalmaması üçün törətdiyi bildirilir.