Paytaxtın Xətai rayonu, metronun “Həzi Aslanov” stansiyası yaxınlığında intihar hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 21 oktyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Elçin adlı ortayaşlı kişi Məhəmməd Hadi küçəsində yerləşən yaşadığı binanın dördüncü mərtəbəsindən özünü atıb.
Əldə olunan məlumata görə, o, xəstə olduğunu öyrəndikdən sonra psixoloji sarsıntı keçirib və daha sonra özünə qəsd edib.