Paytaxtın Nərimanov rayonunda yerləşən tibb müəssisəsindən oğurluq edilib. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Kamran Quliyev klinika işçisinin nəzarətsiz qalmış çantasından 370 manat pul, qızıl-zinət və digər əşyaları oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
O, törətdiyi əməli etiraf edib. Bundan əlavə, onun avqust ayında da başqa klinikada həkimin çantasından 600 manat oğurladığı məlum olub.
Araşdırmalar davam edir.
[URIS id=31656]