Bakının Nərimanov rayonu ərazisində yerləşən klinikaların birində iyunun 8-də oğurluq baş verib. Bu haqda bu gün, 16 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Klinikada işləyən tibb bacısının pulu və qol saatı oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Mustafa Səfərov saxlanılıb.
Araşdırmalarla onun borclu qismində axtarışda olması da müəyyən olunub.