Paytaxtın Yeni Günəşli qəsəbəsində kran aşıb. Bu haqda BakuPlus.az Baku.ws-ə istinadən bu gün, 2 noyabr tarixində xəbər verir.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb "Mercedes" markalı avtomobilin sürücüsü olub. Yüksək sürətlə hərəkət edən avtomobil krana çarpılıb və nəticədə kran aşıb.
Qəza zamanı hər iki nəqliyyat vasitəsinin sürücüsü yüngül xəsarət alıb.