Paytaxtın tanınmış hotellərindən olan “Fairmont”-da döyülmə hadisəsi qeydə alınıb. Bu haqd BakuPlus.az Kriminalqafqaz-a istinadən bu gün, 29 iyun tarixində xəbər verir.
Polisə müraciət edən 24 yaşlı A.Əliyeva tanış olduğu ərəb turistlə mehmanxanada olarkən onun hücumuna məruz qaldığını və döyüldüyünü bildirərək polisə müraciət edib.
Polis 24 yaşlı qızı döyən turistin Səudiyyə Ərəbistanı vətəndaşı, 25 yaşlı Rahan Yaser Alajain olmasını müəyyən edib.
Məlum olub ki, o, iyunun 18-dən Bakıda turist kimi qalır.
Müraciətlə bağlı araşdırmalar davam etdirilir.