Nərimanov rayonunda yerləşən 261 nömrəli məktəb-liseyin müəllimi Təranə Qurbanova 59 yaşında koronavirusdan vəfat edib. Bu haqda Qafqazinfo məlumat verib.
Təranə Qurbanova həmin məktəbdə ibtidai sinif müəllimi kimi çalışıb.
Daha öncə, 25 dekabr tarixində Sabunçu rayonu Zabrat-2 qəsəbəsində yerləşən 71 nömrəli tam orta məktəbin müəllimi Laura Həsənova vəfat etmişdir.