Bakının Səbail rayonunda mənzildən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşları tərəfindən aparılan araşdırma zamanı ötən ilin dekabr ayından cari il fevralın 26-dək olan müddətdə mənzildən 120.000 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.
Keçirilən əməliyyat tədbirləri nəticəsində əməldə şübhəli bilinən paytaxt sakinləri S.Rzabəyli və tanışı E.Ağayev saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.