Paytaxtın Yasamal rayonunda mənzildən meyit tapılıb. Bu haqda bu gün. 24 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən rayonda 1 nəfərin bağlı qapı arxasında qalması ilə bağlı FHN-ə məlumat daxil olub. Hadisə yerinə gələn əməkdaşlar qapını açandan sonra içəridə 1 nəfərin meyitini aşkar ediblər.
Onlar cəsədi aidiyyəti üzrə təhvil veriblər.