Bakının Yasamal rayonunda mənzildən meyit tapılıb. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Adıçəkilən rayonda bir nəfərin bağlı qapı arxasında qalması ilə bağlı FHN-ə məlumat daxil olub. Hadisə yerinə gələn əməkdaşlar qapını qırdıqdan sonra içəridə 1 nəfərin meyitini aşkar ediblər. Cəsəd aidiyyəti üzrə təhvil verilib.