15 noyabr tarixində Bakıda qəbiristanlıqlardan məzar daşları oğurlayan 3 şəxs saxlanılıb.
Report-a əsasən noyabrın 9-da Suraxanı rayonu, Hövsan qəsəbəsində qəbiristanlıqdakı bir məzardan sinə daşının oğurlanması faktı qeydə alınıb. Polisin apardığı axtarış nəticəsində oğurluq edən Bakı şəhər sakini Ş.Məmmədov saxlanılıb. İstintaq zamanı müəyyən olunub ki, Məmmədov qardaşı H.Məmmədov və dostu V.Haşımovla birgə ayrı-ayrı vaxtlarda Səngəçal qəsəbəsindəki qəbiristanlıqdan daha 4 məzardan məzar daşlarını oğurlayıblar.
Hər 3 şəxs saxlanılıb. Faktla bağlı araşdırma davam edir.