Bakıda oğurluq edən şəxs saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 28 fevral tarixində xəbər verir.
25 fevral tarixində paytaxtın Nizami rayonu ərazisindəki 2 mağazadan 1800 manat dəyərində tütün məmulatı və 400 manat pul oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əliyev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.