Nəsimi rayonunda axtarışda olan oğru avtomobil oğurlayıb. Bu haqda bu gün, 10 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Səid Fərəczadə rayon ərazisində “Mercedes” markalı avtomobil qaçırmaqda, eləcə də estetik mərkəzdən 6000 AZN dəyərində qızıl üzük, mobil telefon, planşet, notbuk, saat, kamera, kosmetoloji cihaz və aparatlar oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.