Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 20 oktyabr tarixində avtosfer.az xəbər verib.
Hadisə axşam saatlarında Heydər Əliyev prospektində, metronun “Koroğlu” stansiyasının yaxınlığında baş verib. Motosiklet “Toyota Prius” markalı avtomobil ilə toqquşub. Nəticədə Motosikletin sürücüsü hadisə yerində dünyasını dəyişib.
Qəza uzun tıxaca səbəb olub.