Bakıda avtomobili qaçıraraq yol-nəqliyyat hadisəsi törədən şəxs saxlanılıb. Bu haqda bu gün, 4 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Xətai RPİ 36-cı Polis Şöbəsinə daxil olan məlumata görə, avqustun 2-də axşam saatlarında Xətai rayonu ərazisindəki avtoyuma məntəqələrinin birindən “Hyundai” markalı avtomobil qaçırılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avtomobilin paytaxt sakini Niyazi Çatdayev tərəfindən qaçırılması və idarə edilərkən Cavanşir küçəsində “Kia” markalı avtomobillə toqquşması müəyyən olunub. Çatdayev sübhəli şəxs qismində saxlanılıb.
Fakt Xətai Rayon Polis İdarəsində araşdırılır.