Paytaxtın Səbail rayonu, Dənizkənarı Bulvarın yaxınlığında intihara cəhd hadisəsi qeydə alınıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti 24 yanvar gecə saatlarında məlumat verib.
Belə ki, bir nəfər intihar etmək istəyərək özünü dənizə atıb. Hadisə yerinə FHN-nin xilasediciləri cəlb olunub, həmin şəxs sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Oxşar hadisə ötən il dekabr ayında baş vermişdir. 22 yaşlı gənc özünü dənizə ataraq intihara cəhd etmişdir. Həmin şəxs xilas olunaraq xəstəxanaya çatdırılmışdır.