Bakının Yasamal rayonunda qeyri-adi oğurluq baş verib. Bu haqda bu gün, 14 iyul tarixində Minval.az məlumat verib.
Daxil olan məlumata görə, oğurluq hadisəsi ötən gecə, saat 23:10 radələrində Hüseyn Cavid prospektində baş verib. Naməlum şəxs paytaxt sakini, 67 yaşlı Ağaşərif Sadıqovun köşkündən lotereya biletlərini oğurlayaraq hadisə yerindən yayınıb.
Hazırda 28-ci polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri aparır. Faktla bağlı araşdırma aparılır.