Bakı şəhərində narkotacir saxlanılıb. Bu haqda 25 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Nizami rayonunda polis əməkdaşları tərəfindən Bakı şəhər sakini R.İsmayılzadə saxlanılıb. Onun üzərində kokain, metamfetamin, ekstazi həbləri və marixuana aşkar edilib. Həmçinin evindən əlavə metadon həbi və elektron tərəzi aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.