Bakıda yanğın hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Nərimanov rayonunda fəaliyyət göstərməyən və ümumi sahəsi 30 kv.m olan nasosxananın dam örtüyünün yanar konstruksiyaları 12 kv.m sahədə yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb olunub. Yanğın söndürülüb.
Nasosxananın qalan hissəsi və içərisindəki avadanlıqlar yanğından mühafizə olunub.